Rusiyanın elektron mübarizə sistemlərində F-16 qırıcılarının radar stansiyalarını tutmaq üçün parametrlər optimallaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.
“Hərbi əməliyyat zonasında istifadə edilən Rusiyanın elektron mübarizə sistemləri Qərb ölkələrinin Kiyevə tədarük etməyi planlaşdırdığı F-16 qırıcılarının radar stansiyalarını və bort avadanlıqlarını tutmaq üçün optimallaşdırılmış parametrlər əldə edəcək”, – mənbə bildirib.
Mənbə qeyd edib ki, F-16 qırıcılarının avionikasına dair əldə olunan məlumatlara əsasən, onları vurmaq Ukraynanın sovet istehsalı təyyarələrindən daha asan olacaq.