

Rusiya Tallinin addımına cavab olaraq eston diplomatı ölkədən qovur.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Martın 31-də Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Yana Vanamyolder Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın Tallindəki səfirliyinin əməkdaşının martın 24-də heç bir əsas olmadan arzuolunmaz şəxs elan edilməsi ilə bağlı ona kəskin etiraz bildirilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Moskva Estoniya hakimiyyətinin Rusiyaya qarşı davamlı təxribat fəaliyyətinə cavab tədbirləri həyata keçirməyə məcbur olacaq:
“İkitərəfli münasibətlərin tamamilə dağılmasına görə məsuliyyət Tallində belə qərarlar qəbul edənlərin vicdanına düşür”.