İki gün öncə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında baş tutan əsir mübadiləsi zamanı 215 şəxs əsirlikdən azad olub.
AzerTimes Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda azad edilmiş hərbçilərdən “Azov” müdafiəçisi Mixail Dianovun vəziyyəti və əsirlikdə olarkən ona qarşı olan qeyri-insani rəftar dünya gündəmindədir.
Belə ki, 36-cı dəniz piyada briqadasının baş serjantı Mixail Dianov Azovstaldakı döyüşlər zamanı ağır yaralanıb. Onun hər iki ayağına güllə dəyib, sağ əlinin sümüyü isə əzilib.
Mixailin son halı görənləri şoka salır.