İki minə yaxın “Azovstal” müdafiəçisi hələ də Rusiya əsirliyindədir. Məhkumlar arasında kişilər və qadınlar da var.
AzerTimes xəbər verir ki, bunu “Azovstal” Müdafiəçilərinin Ailələri Assosiasiyasının həmtəsisçisi Qalina Klempous bildirib.
Klempos qeyd edib ki, son mübadilə zamanı Mariupolun 8 müdafiəçisi geri qayıdıb. Onların bəziləri “Azovstal”da olub.