Rusiya əsgərlərinin məhvindən narahat deyil – Jorin

Rusiya əsgərlərinin məhvindən narahat deyil – Jorin

Baxmut istiqamətində Rusiya qoşunlarının hücum potensialı əhəmiyyətli dərəcədə azalıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azov” alayının keçmiş rəhbəri Maksim Jorin deyib.

“Nə “Vaqner” özəl hərbi şirkətində, nə də Rusiyanın nizami ordusunda mərmi qıtlığı var. Baxmutda müxtəlif kalibrli Rusiya artilleriyası gecə-gündüz işləyir. Vaqnerçilərin hücum potensialında azalma var – hər gün çox sayda insan ölür. Ancaq bu, onlar üçün heç bir şey ifadə etmir: insanlar Rusiya üçün lazımsızdır, sursat, silah və ya başqa bir şeydən daha çox narahatdırlar”, – Jorin bildirib.

Teqlər: