Şimali Koreya qüvvələrinin Ukrayna savaşına cəlb edilməsinin əvəzində Rusiya Pxenyana zenit raketləri göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Koreya mediası təhlükəsizlik rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, Pxenyanın “həssas hava hücumundan müdafiə sistemini” gücləndirmək məqsədi daşıyan avadanlıq və zenit raketləri Şimali Koreyaya artıq çatdırılıb.