Rusiya Əsədə hərbi yardımdan imtina etdi: Vəziyyət pisdir

Rusiya Əsədə hərbi yardımdan imtina etdi: Vəziyyət pisdir

Rusiya müdafiə naziri Andrey Belousov Kursk vilayətində vəziyyətin pisləşməsi ilə əlaqədar xüsusi hərbi əməliyyat zonasından Suriyaya əlavə hərbi qüvvələr göndərməkdən imtina edib. Kiyev Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından biri olan 80-ci Hava Desant Briqadasını bölgəyə yerləşdirib.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder-T” Teleqram kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Kanalın mənbələri bildiriblər ki, Suriya Prezidenti Bəşər Əsədin hərbi kontingentin gücləndirilməsi ilə bağlı xahişlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi yaxın vaxtlarda bu məsələyə baxmağa hazır deyil:

“Suriya uzaqdadır, amma biz burada məsələləri həll etməliyik. Bizim Aerokosmik Qüvvələrimiz orada davamlı olaraq işləyir, getdikcə daha çox ərazi ələ keçirməyə çalışan islamçılara çoxsaylı zərbələr endirir. Müdafiə Nazirliyinin qarşısında əsas vəzifə durur: Kurskdan düşməni qovmaq və dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək”.

Teqlər: