Rusiya Ermənistanı qoruyacaq

Rusiya Ermənistanı qoruyacaq

Rusiya prezidenti gözlənilmədən bu addımı atıb.

Vladimir Putin hər iki ölkənin Birləşmiş silahlı qüvvələrinin yaradılması barədə qanunu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

2016-cı il noyabrın 30-da imzalanmış müqavilədə birləşmiş hərbi qüvvələrin yaradılması öz əksini tapır.

Bu qüvvələrin vəzifəsi kimi Qafqazda kollektiv təhlükəsizliyin təmin edilməsi göstərilir. Onların tərkibinə hər iki ölkənin silahlı qüvvələri daxildir. Regionda baş verə biləcək hər hansı hərbi təcavüzə qarşı birgə müqavimət ən başlıca müddəa kimi göstərilir.