Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edir.
AzerTimes xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.
“Rospotrebnadzor” əməkdaşları pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb”, – deyə bildirilib.
Qeyd edilir, bu mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb.
Məhsulun təhlükəsizliyi ilə bağlı laboratoriya təsdiqi alınmayana qədər dövriyyəyə buraxılmayacaq.
Qeyd edək ki, “Rospotrebnadzor” təhlükəsizliyi yoxlamaq üçün “Cermuk” markalı suyun müəyyən partiyalarının satışını dayandırıb.