Rusiya Ermənistandan bu məhsulun idxalını dayandırır

Rusiya Ermənistandan bu məhsulun idxalını dayandırır

Rusiya Ermənistandan süd və süd məhsullarının tədarükünü məhdudlaşdıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

“Bu il Ermənistandan Rusiya bazarına süd məhsullarının tədarük həcminin artması ilə əlaqədar “Rosselxoznadzor” bu artımın səbəblərini öyrənmək üçün iş aparıb. Məlum olub ki, İrəvanın süd emalı müəssisələri İran istehsalı olan xammaldan istifadə edir. Bundan başqa, Ermənistanda istehsalçılara Rusiyaya tədarük hüququ olmayan İran müəssisələrinin xammalından istifadə etməyə icazə verilir. Aşkar edilmiş pozuntular onu göstərir ki, süd emalı müəssisələrinin fəaliyyətinə lazımi nəzarət edilmir. Bu da keyfiyyətsiz və təhlükəli məhsulların Rusiyaya idxalı riskini artırır”, – məlumatda deyilib.

Teqlər: