Rusiya Ermənistandan yerkökü toxumlarının idxalına qadağa qoyub.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
“Sentyabrın 11-dən Ermənistandan yerkökü toxumunun idxalı həm Rusiya, həm də Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr üçün “zebra çipi”nin patogeninin aşkarlanması ilə əlaqədar qadağan ediləcək”, – məlumatda deyilib.