Rusiya Ermənistanda təlim keçirdi

Rusiya Ermənistanda təlim keçirdi

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının Mi-8 və Ka-52 helikopterlərinin pilotları Ermənistanda dağlarda, o cümlədən aşağı hündürlükdə uçuşlar həyata keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin məlumatında deyilir.

“Mi-8 və Ka-52 ekipaj heyəti Ermənistanda yüksək dağlıq ərazilərdə uçuş icra ediblər. Ekipaj heyətləri müxtəlif hündürlüklərdə dağ keçidləri ərazisində manevr texnikası, o cümlədən gündüz və gecə mürəkkəb elementlər hazırlayaraq təlim uçuşları həyata keçiriblər”, –

Bildirilir ki, helikopterlərin ekipajları dağlıq ərazilərdə şərti yaralıların təxliyəsi rejimində axtarış-xilasetmə işlərini həyata keçirib.

Təlimlərə 120-dən çox hərbçi, 20 texnika cəlb olunub.

Teqlər: