Rusiya Ermənistanda dəmir yolunu bərpa edir

Rusiya Ermənistanda dəmir yolunu bərpa edir

Rusiyalı mütəxəssislər mayın 25-26-da Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı sıradan çıxmış dəmir yolunu bərpa edəcək.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, razılıq Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mger Qriqoryan arasında əldə edilib.

Rusiya tərəfi bərpa prosesinin xərclərini öz üzərinə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, Ermənistanda sel fəlakəti yaşanan Lori və Tavuş marzlarına 6 əməliyyat qrupu, 456 xilasedici cəlb edilmişdi.

“Xilasedicilər və digər cəlb olunmuş qüvvələr tərəfindən Lori və Tavuş marzlarında müxtəlif yaşayış məntəqələrindən 443 nəfər, yəni Lori marzda 401, Tavuşda 42 nəfər təxliyyə edilib.

Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub. Tavuş vilayətində Debed, Ağstev, Dzoraget və Taşir çaylarının daşması nəticəsində Lori və Tavuş rayonlarının bir sıra yaşayış məntəqələrinə ziyan dəyib”, – məlumatda qeyd edilib.

Teqlər: