Rusiya Ermənistana təzyiq etsə, ABŞ bunları edəcək

Rusiya Ermənistana təzyiq etsə, ABŞ bunları edəcək

Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ İrəvana güclü dəstək verəcək.

AzerTimes Caliber-ə istinadən xəbər verir ki, bu barədə İrəvanla Vaşinqton arasında razılaşmalar əldə edilib.

Məlumatda bildirilib ki, razılaşmalara əsasən ABŞ Rusiyaya bu məsələlərdə güclü dəstək verəcək:

“1. Ermənistanın lazımi dizel yanacağı və enerji ehtiyatları ilə təmin edilməsi.

2. Metsamor AES-in alternativ Rusiya nüvə yanacağı ilə təmin edilməsi (hazırda buna Rosatom cavabdehdir)

Birləşmiş Ştatlar həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi

Qeyri-qanuni rejimin buğda yetişdirdiyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib.

4. Lazım gələrsə, erməni internet provayderləri Amerika peyk interneti ilə təmin olunacaqlar.

5. ABŞ Ermənistanda mümkün xarici valyuta kəsiri Rusiyanın sərt sanksiya addımları nəticəsində yaranarsa, onu ödəməyə hazırdır.

6. Ermənistan Silahlı Qüvvələri lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq.

Amerika tərəfi yuxarıda qeyd olunan bütün məqamlarda erməni tərəfdaşlarına tam dəstək verəcəklərinin təminatını verir”.

Qeyd edilib ki, amerikalılar heç vaxt Rusiya bloklarının (KTMT, Aİİ) üzvü olan ölkəyə belə təhlükəsizlik təminatı verməyiblər:

“Əgər Vaşinqton buna zəmanət verirsə, o zaman Ermənistanın bunun müqabilində hansı addımlar atacağını təxmin etmək olar.

Digər məsələ isə Rusiyanın necə, nə vaxt və hansı addımlar atacağıdır… Paşinyan komandasının fəxr etdiyi bütün iqtisadi artım Rusiyadan gələn maliyyə axınları və güzəştli Rusiya xammalı üzərində qurulsa da indiyədək Moskva Paşinyana qarşı fərdi şifahi hücumlar və Birinci Kanalda yayımlanan verilişlərdən başqa heç bir tədbir görməyib.

Kreml nə vaxta qədər açıq-saçıq xəyanətə, Ermənistanın şıltaqlığına dözəcək…”

Teqlər: