Rusiya-Ermənistan münasibətlərində həlledici an…

Rusiya-Ermənistan münasibətlərində həlledici an…

Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır. Erməni baş nazir inaqurasiya mərasimində Putini alqışlamasını Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi, lakin Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getməsinin izahı var: Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz.

Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər:

Birincisi, Paşinyandan antirusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər;

İkincisi, Ermənistanın xarici siyasət vektorunu – Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq: İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər;

Paşinyan antirusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, inandıra bilməsə, Rusiyanın Ermənistana qarş ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir.

Teqlər: