Rusiya Azərbaycanla Ermənistan arasında müvafiq ikitərərfli
komissiyanın yaradılması ilə sərhədin delimitasiyasının tezliklə
işə salınmasının tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici
İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq
zamanı deyib.
“Biz Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrindəki
vəziyyətdən narahatlıq duyuruq. Martın əvvəlindən atəşkəs rejiminin
müntəzəm pozulmasını qeyd edirik. Rusiya sülhməramlı kontingenti
özünün məsuliyyət zonasında sabitliyin təmin olunması, vəziyyətə
nəzarət üzrə müvafiq tədbirlər görür. Bu səylər sayəsində martın
13-dən etibarən insidentlər qeydə alınmır. Biz Azərbaycanla
Ermənistan arasında müvafiq ikitərəfli komissiyanın yaradılması ilə
sərhədin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıyıq”,
– M.Zaxarova deyib.
(Tərcümə: Orxan Nəbiyev)