Rusiya erməni təxribatına şans yaratdı: “Naxçıvan-Don”

Rusiya erməni təxribatına şans yaratdı: “Naxçıvan-Don”

Rostovda ermənilər “Naxçıvan-Don” adlı qəzet dərc etməyə başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qəzetin “Naxçıvan-Don” adlanmasının səbəbi ermənilərin Rostova “Naxçıvandan köçdüklərini” nümayiş etdirmək məqsədi daşıyır. “Don” sözünü isə “Rostov-Don”a uyğunlaşdırıblar.

Qəzetin yaradıcılarından olan Olya Babacanyan deyib ki, Rusiya hökuməti ermənilərə qarşı Ermənistan hökumətindən daha “mehribandır”. Belə ki, Ermənistanda “Qarabağ” adını çəkmək olmur, ancaq Rusiya “Naxçıvan-Don”un dərcinə icazə verib.

Qeyd edək ki, ermənilərin açıq şəkildə Azərbaycana ərazi iddiasını əks etdirən “Naxçıvan-Don” adlı qəzetə lisenziya verilməsi ölkəmizə qarşı təxribatda Rusiyanın müvafiq qurumlarının yer aldığı anlamına gəlir.

Teqlər: