Ukrayna Silahlı Qüvvələri müxtəlif vasitələrdən istifadə edərək Rusiya ərazisində əməliyyatlar aparır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
Onun sözlərinə görə, bu əməliyyatlar çox mürəkkəbdir və ciddi hazırlıq tələb edir, çünki Rusiya hərbi obyektləri yaxşı mühafizə olunur:
“Hədəflərimiz Ukraynaya hücumların həyata keçirildiyi Rusiya silahlı qüvvələrinin ciddi hərbi obyektləri, logistika mərkəzləri, komanda məntəqələri və çoxlu sayda əsgərin olduğu qarnizonlardır”.