Rusiya Ukrayna infrastrukturuna kütləvi zərbələr endirməklə “enerji soyqırımı”nı həyata keçirməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Gəlin açıq deyək, Rusiya “enerji soyqırımı” həyata keçirməyə çalışır, lakin Kiyev və Ukrayna dik dayanacaq. Tədbir planı sadədir: hava hücumundan müdafiə sistemləri, infrastruktur obyektlərinin mühafizəsi, istehlakın optimallaşdırılması… Dövlət bu çağırışların öhdəsindən səmərəli şəkildə gəlir”,- o bildirib.
Podolyakın sözlərinə görə, Kiyev tərəfdaşları ilə birlikdə həllər üzərində işləyir.