Rusiyanın Ukraynanın enerji sektoruna hücumlarının məqsədi manevr generasiyasını məhv etməkdir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları nəticəsində sistem xeyli miqdarda elektrik enerjisi istehsalını itirib. Enerji sisteminə zərbələr martın 22-dən baş verir, hətta 2022-2023-cü illərlə müqayisədə belə ən böyük zərbədir. Düşmənə elektrik enerjisi ötürücü qurğulara da zərbələr endirilir. Bütün hücumlar ölkədə manevr generasiyasını məhv etmək üçün planlaşdırılıb ”, – nazir bildirib.