Rus ordusu öz səylərini Baxmut istiqamətində hücuma keçməkdə davam etdirirlər. Bundan əlavə, onlar Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatları aparırlar.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən Donetsk vilayətini inzibati sərhədlər daxilində ələ keçirmək niyyətindən əl çəkmir. O, əsas səylərini Baxmut istiqamətində hücum əməliyyatı keçirməyə cəmləşdirir. Bundan əlavə, Liman, Zaporojye istiqamətində Orexovo və Qulyaipole yaşayış məntəqələri ərazilərində uğursuz hücum hərəkətləri həyata keçirdi. Kupyanski, Novopavlovski və Xerson istiqamətlərində isə düşmən müdafiəyə keçir”, – Baş Qərargahın məlumatında qeyd olunub.