Ciddi itkilər səbəbindən Rusiya üç aylıq müqavilə əsasında ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Hava-desant qoşunları komandanlığında xeyli itki verilməsi səbəbindən Rusiya üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, – məlumatda deyilib.