Rusiya əhalini köçürür: Ukrayna geniş hücuma hazırlaşır

Rusiya əhalini köçürür: Ukrayna geniş hücuma hazırlaşır

Xersonun Berislav, Belozerski, Sniqirevski və Aleksandrovski bələdiyyələrinin mülki əhalisinin Dnepr çayının sol sahilinə yerləşdirilməsi barədə qərar qəbul edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya tərəfdən Xerson vilayətinin “qubernatoru” vəzifəsini icra edən Vladimir Saldo deyib.

O vurğulayıb ki, Ukrayna tərəfi genişmiqyaslı hücum üçün qüvvələr toplayır, Rusiya bu hücumu dəf etmək üçün hərbi qrup yaradıb.

“Berislav, Belozerski, Sniqirevski və Aleksandrovski bələdiyyələrinin mülki əhalisinin Dnepr çayının sol sahilinə mütəşəkkil yerləşdirilməsi barədə çətin, lakin düzgün qərar qəbul etdim”, – Saldo bildirib.

Teqlər: