UFC üzrə döyüşdə rusiyalı Petr Yan üzərində qələbə çalan gürcü əsilli idmançı Merab Dvalişvili Rusiyanı düşmən ölkə adlandırıb.
AzerTimes Sport24-ə istinadən xəbər verir ki, bu barədə o, Maykl Bispinqə müsahibəsində deyib.
“Mən rusiyalı Petr Yan üzərində qələbəmlə fəxr edirəm. Ona görə ki, o, xuliqandır. Mən Rusiya siyasətini sevmirəm. Hər ölkədə yaxşı insanlar var. Onun ölkəsi mənim ölkəmin düşmənidir”, – Dvalişvili bildirib.
Qeyd edək ki, 2023-cü ilin martında gürcü Dvalişvili yekdil qərarla rusiyalıya qalib gəldi.