Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın Novosibirsk şəhərində dünyada ilk dəfə olaraq elektrik mühərrikli təyyarə sınaqdan keçirilib.
AzerTimes-ın məlumatına görə, mühərrik Yak-40 təyyarəsində quraşdırılıb.
Qeyd olunub ki, elektrik aviamühərriklərin sınaqları bundan sonra da davam edəcək. Növbəti iki il ərzində Tu-114 təyyarəsində həmin mühərriklərin sınaqdan keçirilməsi nəzərdə tutulur.
İstehsalçıların sözlərinə görə, 2030-cu ilədək seriyalı istehsalının təşkil olunması planlaşdırılır.