Rusiya dronları gecə kütləvi hücuma keçdi

Rusiya dronları gecə kütləvi hücuma keçdi

2025.06.08. 22:29

Ukraynanın Sum vilayətinin şimal-şərqində ardıcıl partlayışlar baş verib.

AzerTimes xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

Bildirilib ki, hazırda ölkənin 6 vilayətində, o cümlədən Sumda hava həyəcanı siqnalı elan edilib.

***

Bu gecə Rusiya qüvvələri növbəti dəfə Ukraynanın şəhər və qəsəbələrinə irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirir, səmadakı təhlükəli hədəflər hava hücumundan müdafiə vasitələri ilə vurulur.

Bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir.

Xəbərdarlıqda bildirilir ki, dron qrupları Bryansk və Kursk istiqamətindən Suma daxil olur.

Teqlər: