Rusiya döyüşdə üstünlüklərini itirir – Səbəblər

Rusiya döyüşdə üstünlüklərini itirir – Səbəblər

Vladimir Putinin ölkədə səfərbərlik elan etmək və bu savaşı müharibə adlandırmaq istəməməsi Rusiyanı döyüş meydanında üstünlüklərdən məhrum edir.

AzerTimes xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

“Səfərbərlik Rusiyaya minlərlə əsgəri döyüş meydanına gətirməyə imkan verərdi. ABŞ rəsmiləri düşünürlər ki, Putin ordusunun real itkilərini etiraf edib reputasiyasına təhlükə yaratmaq istəmir. Rusiya qoşunları Donbasda aylarla davam edən döyüşlərdə Ukrayna qüvvələrini 3 dəfədən çox üstələyirdi və onlar Luqansk bölgəsinin böyük hissəsini ələ keçirdilər. Bu, müharibənin sürətində dəyişiklik kimi görünürdü. Lakin əlavə qoşun göndərməkdən imtina Rusiyanın üstünlüklərini ləğv edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, ordunun verdiyi itkiləri əvəzləmək üçün gizli əsgərlərin cəlb edilməsi hələ də davam edir, lakin bir qayda olaraq, uğur qazanmır:

“Kremlin strateji uğursuzluqları təkcə daxili siyasətlə deyil, həm də Qərbin sanksiyaları ilə bağlıdır. Rusiyanın Donbasda artilleriya döyüşünə keçməsi müasir yüksək dəqiqlikli silahların ehtiyatlarının tükənməsi deməkdir. Bu silahlardan isə sanksiyalara görə hazırlamaq qeyri-mümkündür”.

Teqlər: