Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya Dövlət Dumasında koronavirusa yoluxan deputatların sayı 13-ə çatıb.

Trend-in məlumatına görə, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O, ötən gün yoluxanların sayının 12 nəfər olduğunu xatırladıb.


Spikerin sözlərinə görə, Dumanın yeni tərkibində bu günədək deputatların 30 faizində COVID-19 aşkar edilib. Deputatların 62 faizi isə vaksin olunub.