Ukrayna Rusiya ilə mübarizəni davam etdirməsə və işğal olunmuş əraziləri qaytarmağa cəhd etməsə, tarixi perspektivdə, 10-15 ildən sonra sağ qala bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Ukraynanın itkisi təkcə özünün yox, həm də qlobal liderliyə iddia edə bilməyəcək Qərb tərəfdaşlarının itkisi olacaq. Müvafiq olaraq, Rusiya dominanta çevriləcək”, – Podolyak bildirib.