Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
“Rusiya “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə əraziyə 2 dəfə zərbə endirib. Bundan əlavə, 80 reaktiv yaylım atəşi açılıb. Hücum nəticəsində 23 nəfər həyatını itirib, 22 nəfər yaralanıb”, – o bildirib.