Rusiya hərbçiləri Dneprdə yaşayış binasına raket zərbəsi endirib. Dinc sakinlər dağıntılar altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko Teleqram səhifəsində yazıb.
“Sadəcə, vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var”, – deyə Timoşenko yazır.
Fövqəladə Hallar Dövlət Xidməti və digər şəhər xidmətləri artıq hadisə yerində işləyirlər.