Rusiyanın təxribat-kəşfiyyat qrupu Rusiya ərazisindən Xarkov vilayətinin Kupyanski rayonuna daxil olmağa cəhd göstərib, lakin onlar Ukrayna hərbçiləri tərəfindən geri çəkilməyə məcbur edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Boloqovka rayonu ərazisində düşmənin təxribat-kəşfiyyat qrupu aşkar edilib. Müdafiə Qüvvələrinin bölmələrinin atəşə tutması nəticəsində düşmən Rusiya ərazisinə geri çəkilib”, – məlumatda qeyd olunub.