Rusiyanın Rumıniyadakı müvəqqəti işlər vəkili Yelena Kopnina Tulça vilayətində PUA qalıqlarının aşkarlanması səbəbindən ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, baş verən insidentlə bağlı diplomata etiraz bildirilib. Rumıniya tərəfi Rusiyanın Ukrayna liman infrastrukturuna qarşı hücumlarını pisləyib.
Rusiya səfirliyi öz növbəsində diplomatik missiya rəhbərinin Xarici İşlər Nazirliyinə çağırılması faktını təsdiqləyib.