Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini Vyaçeslav Ponomaryov İrəvandakı iş otağında ölü tapılıb.
AzerTimes xəbər verir ki, nümayəndəlik bu barədə məlumatı Ermənistan KİV-nə təsdiqləyib.
37 yaşlı Ponomaryovun ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.