Rusiya digər ölkələrlə hərbi təlimlərə başlayır

Rusiya digər ölkələrlə hərbi təlimlərə başlayır

Rusiyanın Şərq Hərbi Dairəsinin qoşunları və digər ölkələrin hərbi kontingenti ilə birgə “Vostok-2022” strateji təlimləri keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təlimlər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında avqustun 30-dan sentyabrın 5-dək keçiriləcək. Təlimlər 13 məşq meydançasında baş tutacaq.

Manevrlərə Şərq Hərbi Dairəsinin qoşunlarından əlavə, hava-desant qoşunları, uzaqmənzilli aviasiya və hərbi-nəqliyyat aviasiyası, eləcə də digər ölkələrin hərbi kontingenti cəlb olunacaq.

Teqlər: