Rusiyada bələdiyyə deputatlarının ölkə Prezidenti Vladimir Putinin qəbuledilməz hərəkətlərini bəyan edən yeni müraciəti ortaya çıxıb.
AzerTimes xəbər verir ki, müraciəti Sankt-Peterburq deputatı Kseniya Torstrem Tvitter hesabında yayıb.
Moskva, Sankt-Peterburq və Kolpino şəhərlərinin 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanatla çıxış ediblər.
Torstrem digər bələdiyyə deputatlarını da bu bəyanata qoşulmağa çağırıb:
“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti vəzifəsindən istefasını tələb edirik!”