Rusiya demir, biz isə çox pis vəziyyətdəyik – Qriqoryan

Rusiya demir, biz isə çox pis vəziyyətdəyik – Qriqoryan

Ermənistan hazırda çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmi işləmir. Ona görə Ermənistan yeni təhlükəsizlik zəmanəti axtarışındadır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya müsahibəsində deyib.

“Bizi Qərbə istiqamətlənməkdə günahlandırırlar, ancaq biz həm də Hindistanla əməkdaşlıq edirik. Təhlükəsizlik probleminin həlli üçün müxtəlif istiqamətlərdə əməkdaşlıq qururuq”, – Qriqoryan bildirib.

O iddia edib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemini həll edə bilmədiyini bəyan etmir.

Teqlər: