Rusiya dəhşətli dərəcədə qorxur: Bu bölmələr geri çəkildi

Rusiya dəhşətli dərəcədə qorxur: Bu bölmələr geri çəkildi

Rusiya Ukrayna ordusunun yüksək dəqiqlikli silahlarla birbaşa Rusiyanın ərazisinə endirəcəyi zərbələrdən dəhşətli dərəcədə qorxur.

AzerTimes xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

“Rusiya komandanlığı Qərb Hərbi Dairəsinin Belqorod vilayətinə dislokasiya olunmuş 6-cı Ordusunun iki bölməsinə geri çəkilməyi əmr edib. Bölmələr Komsomolski kəndindən (Ukrayna ilə sərhəddən 22-23 km) Xoxlovo kəndinə (Ukraynadan 50-51 km) köçürülüb. Bu manevrlər əslində rusların Ukraynanın dəqiq silahlarından gizlənmək cəhdinə dəlalət edir. Hətta düşərgənin Ukrayna ilə sərhəddən 50 km uzağa köçürülməsi də işğalçıları HİMARS raket sistemlərindən müdafiəsini təmin etmir”, – məlumatda deyilib.

Teqlər: