Rusiya Ukraynada hərbi əməliyyatları 2026-ci ilə qədər davam etdirmək və Xarkov, Dnepr və digər şəhərləri ələ keçirmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşrinin analitiki Yulian Röpke kəşfiyyat mənbələrinə istinadən yazıb.
Məqalədə deyilir ki, Rusiya Qərbin Ukraynaya dəstəyinin azalmasına ümid edir. Eyni zamanda Kreml sülh danışıqlarını planlaşdırmır və ortamüddətli hərbi fəaliyyət planı hazırlayır.
“Plana əsasən, 2024-cü ilə qədər Rusiya ordusu Donetsk və Luqansk vilayətlərində nəzarəti tam bərpa etməli və Xarkov vilayətində Oskol çayının sahilinə çatmalıdır. 2026-cı ilin sonunda isə Rusiya qoşunları Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əhəmiyyətli hissəsinə, o cümlədən Xarkov, Dnepr və Zaporojye şəhərlərinə nəzarət etməlidir. Xerson cəbhəsində isə müdafiənin Dnepr boyunca olması planlaşdırılır.
Dneprin solundakı bütün şərq əraziləri 36 ay ərzində zəbt edilməlidir”, – deyə Röpke bildirib.