Rusiya Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib

Moskvanın Jitnaya küçəsində ki, Rusiya Daxili İşlər Nazirliyinin binasında tüstülənmə aradan qaldırılıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Baş ofisdən bildirilib: “Altıncı mərtəbədəki texniki otaqlardan birində çıxan tüstü tədricən daılıb. Xəsarət alan yoxdur”.


Daxili İşlər Nazirliyi, öz növbəsində, soyutma sisteminin həddindən artıq yüklənməsi, server otağında tüstü çıxmasına səbəb olub.