Rusiya Vyananın TASS-ın müxbiri Arina Davidyanın akkreditasiyasını ləğv etməsinə cavab olaraq Avstriyanın ORF kanalının müxbiri Karol Şnayderi ölkədən çıxarır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
“İyunun 26-da Avstriyanın ORF teleradio şirkətinin Moskva bürosunun baş müxbiri Karol Şnayder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona akkreditasiya sertifikatını təhvil vermək və yaxın vaxtlarda Rusiya ərazisini tərk etmək əmri verilib”, – məlumatda qeyd olunub.