Rusiya Donetsk və ya Luqanskın işğaldan azad edilməsindən sonra sülh danışıqları və qoşunların Ukraynadan çıxarılması ilə bağlı qərar verəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rusiyada müharibəyə dəstək sürətlə aşağı enir. Oliqarxdan tutmuş çəkməçiyə qədər hər kəsdə belə bir fikir formalaşır: “Bitirmək vaxtıdır”. Siyasi və psixoloji baxımdan Rusiya real danışıqlara və qoşunların çıxarılmasına hələ hazır deyil. Amma bu, baş verəcək. Donetsk və Luqanskın işğaldan azad olunmasından sonra”, – Podolyak bildirib.