Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Müstəqillik Günündə Rusiya Ukrayna ərazisinə göndərdiyi 200 döyüş təyyarəsinin yalnız 8-dən istifadə edib.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.

“Müharibənin əvvəlində Rusiyanın Ukrayna səmasına gün ərzində 200-ə qədər hərbi təyyarə qaldırılması həqiqətən də böyük itki və dağıntılara səbəb oldu. Amma onların avqustun 24-də etdikləri sadəcə Ukraynanın əsəbləri ilə oynamaq məqsədi daşıyırdı”, – Kiriçevski qeyd edib.

Ekspert bildirib ki, bu, müharibədə dönüş nöqtəsidir:

“Ona görə ki, bu artıq Rusiyanın kütləvi raket hücumlarına qadir olmadığını sübut idi. Nəzəri olaraq, “Su” təyyarələrinin hər birinin göyərtəsində 150 km-ə qədər atəş məsafəsi və 150 kq ağırlığında döyüş başlığı olan bir-iki X-59 raketi daşına bilər. Bu raket xüsusi gücə malikdir. Rusiya Federasiyası 2022-ci ilin mart-aprel aylarında məhz X-59-ları bizim neft anbarlarına atdı. Ancaq 24 avqustda ruslar bir dənə də olsun X-59 istifadə etmədi. Çünki onlarda artıq bu raketin qıtlığı yaranıb”.

Teqlər: