Rusiya daha iki vilayəti işğala hazırlaşır

Rusiya daha iki vilayəti işğala hazırlaşır

Kreml hələ də döyüş meydanında təşəbbüsə yiyələnməyə və qismən səfərbərlikdən sonra Xarkov və Odessanı ələ keçirməyə ümid edir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” Kremldəki mənbələrinə istinadla məlumat yayıb.

“Rusiyalı məmurlar bildiriblər ki, cəbhədəki uğursuzluqlara baxmayaraq, “xüsusi əməliyyat”la bağlı ilkin planlarından imtina etməyiblər. Bundan başqa Kreml Ukraynanın içərilərinə doğru irəliləməyə, Odessa və Xarkov da daxil olmaqla, əhəmiyyətli şəhərləri tutmağa ümid edir. Bundan sonra Moskva işğal olunmuş əraziləri saxlamaq üçün sülh danışıqlarına razı olacaq”, – məlumatda qeyd olunub.

Nəşr bildirib ki, bu planlar Rusiyanın cəbhədəki mövqeyinə uyğun gəlmir:

“Zəif təlim keçmiş 300 min səfərbər olunmuş əsgərin döyüş meydanında fərq yarada bilməsi ehtimalı azdır. Hərbi analitiklər deyirlər ki, bu, yalnız Ukraynanın irəliləyişini ləngitmək üçün kifayət edəcək”.

Teqlər: