Ukrayna ordusunun zərbələri səbəbindən Belqorod vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.
AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Belqorod vilayətimizdə vəziyyət son dərəcə çətin və gərgin olaraq qalmaqdadır. Ukrayna ordusunun hər gün atəşə tutması, dağılmış evlər, yaralanan, həlak olan dinc sakinlər… Buna görə də əhalinin müdafiəsini təmin etmək və zərərçəkənlərə əlavə dəstək vasitələri təqdim etmək üçün bu gündən etibarən bütün Belqorod vilayətində fövqəladə vəziyyət elan etmək qərarına gəldik”, – Qladkov bildirib.
Qeyd edək ki, bundan öncə Kurskda fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.