2023-cü il dekabrın 1-dən Rusiya seqmentində olan saytlarda qeydiyyatdan keçmək üçün istifadəçi rus telefon nömrəsini, rus e-poçtunu, dövlət qulluğu barədə informasiyaları təqdim etməli və ya biometrik məlumatlardan istifadə etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə müvafiq qanun layihəsini Rusiya Dövlət Duması üçüncü oxunuşda qəbul edib.
“Dəyişikliklər istifadəçi identifikasiyasının tələb olunduğu saytlara aiddir. Bu o deməkdir ki, belə bir qayda qəbul olunarsa, Rusiya yurisdiksiyasından kənarda olan elektron poçt ünvanından istifadə edərək Rusiya saytında qeydiyyatdan keçmək mümkün olmayacaq”, – qanunda deyilir.