Rusiya daha bir ölkəni hədələdi: Hərbi fazaya keçəcək

Rusiya daha bir ölkəni hədələdi: Hərbi fazaya keçəcək

Litva Rusiyaya qarşı ciddi sanksiyalar tədbiq edəcəyini elan etdi. Bu ölkə Kalininqradı blokadaya salmaq niyyətindədir. Əgər Litva suveren ölkə kimi qərar verə bilsəydi, heç vaxt bunu etməzdi. Bu sanksiyalar Qərb tərəfindən diktə olunur. Heç bir suveren qərardan söhbət gedə bilməz. Litva xalqı heç vaxt belə bir atdım atmazdı. Onlara dinclik lazımdır, Rusiya ilə müharibə yox.

AzerTimes xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Oleq Morozov Rossiya-1 telekanalının efirində səsləndirib.

“Bəs Rusiya buna necə cavab verəcək? Bu sanksiya ilə balaca Litva Rusiya ilə arasında olan bütün rəsmi razılaşmaların üzərindən xətt çəkmiş olur. Təsəvvür edin ki, tranzit qadağası edəcək Litva Rusiya ilə sərhədlərə nəzarəti də dəyişməli olacaq. Bu isə artıq siyasi oyundan hərbi fazaya keçid deməkdir. Əlbəttə ki, Moskva buna imkan verməyəcək. Litva oz addımlarından geri çəkilməsə, Rusiya onu məcbur edəcək. Hətta məhz rəsmi Vilnüs Üçüncü Dünya müharibəsinin başlanma səbəbkarı belə ola bilər”, – deyə Morozov qeyd edib.

Qeyd edək ki, Litva sanksiya altına düşən məhsulların Kalininqrada buraxılmasını qadağan etmək barədə təklif irəli sürüb.

Teqlər: