Rusiya daha bir amerikalını azad etdi

Rusiya daha bir amerikalını azad etdi

Ötən ilin aprelində Rusiyada saxlanılan ABŞ vətəndaşı Teylor Dadli azad edilərək Rusiya-Polşa sərhədində Amerika tərəfinə təhvil verilib.

AzerTimes xəbər verir ki, bunu TASS-a amerikalının azad edilməsi ilə bağlı danışıqlarda iştirak edən Bill Riçardson Qlobal İştirak Mərkəzindən təsdiqləyiblər.

Qeyd olunub ki, hazırda Dadli mərkəzin komandası və anası Şelli ilə evə gedir.

Bundan əvvəl Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilmişdi.

Teqlər: