Rusiyanın NATO-nun Baltik dənizində başlatdığı hərbi təlimə cavabı gecikməyib.
AzerTimes xəbər verir ki, Rusiya da Baltik dənizində iyunun 15-dək davam edəcək hərbi dəniz təlimlərinə start verib.
Hərbi təlimlərdə 40 gəmi və motorlu qayıq, 25 təyyarə və 3500-ə yaxın personal qatılacaq.
Eyni zamanda, Rusiya Sakit okean Donanmasının 60 hərbi gəmisinin iştirakı ilə Yapon və Oxot dənizlərində də hərbi təlimlərə başlayıb.
Qeyd edək ki, Finlandiyanın ilk dəfə iştirak etdiyi NATO təlimlərinə 50 gəmi, 45 təyyarə və 6000 nəfər cəlb olunub.