Rusiya bu gecə Sum vilayətinə zərbələr endirmək üçün ABŞ-ın JDAM-ER bombalarının analoqları olan bombalardan istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.
Bildirilib ki, ruslar ilk dəfə bu bombadan martın 12-də Donetsk istiqamətində istifadə etmişdilər. Həmin vaxt Rusiya aviasiyası JDAM-ER-lərin analoqu olan 11 bomba atmışdılar.
Nəşrin məlumatına görə, Rusiya bu tip bombaların kütləvi istehsalına başlamaq niyyətindədir .